Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Kişi kimi doğulan bioloji fərd özünə qadın deyirsə..."

"Kişi kimi doğulan bioloji fərd özünə qadın deyirsə..."

2023-06-09 , 20:30

"Bir neçə gün əvvəl İlon Mask bütün sivil dünyanı çalxaladı: Bu filmi paylaşaraq, bütün valideynlərin baxmasını tövsiyə etdi. Məsələnin qalmaqallı tərəfi odur ki, "Qadın kimdir?" filmi ABŞ-də uşaqlar arasındakı cinsiyyət dəyişmə, cinslərarası bioloji fərqləri inkar etməyin yaratdığı çirkin reallıq haqqında bəhs edilir. Bunu İlon Mask kimi dünyanın ən əsas, varlı adamlarından biri paylaşırsa, bu hərəkət haradasa inqilabi sayıla bilər".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb.Sənətçi məşhur "Qadın kimdir?" sənədli filmi ilə bağlı fikirlərini bölüşüb:
"Görünən odur ki, "Yeni dünyanın" baxışına görə cinsiyyət və gender fərqli şeylərdir. Kişi kimi doğulan bioloji fərd özünə qadın deyirsə, cəmiyyət bunu şərtsiz qəbul etməlidir. Hətta uşaqlar belə, cinslərini dəyişmək qərarı verə bilər. Bəzən bu əməliyyatlar valideynlərin etirazına rəğmən edilir. Film bütün bu olayları açıb-ağardır. yutubdan silinməmiş baxın".
Qeyd edək ki, film 2022-ci ildə təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.