Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəşad Nəbiyev: “Məqsədimiz taksi gedişlərinin sayını azaltmaqdır”

Rəşad Nəbiyev: “Məqsədimiz taksi gedişlərinin sayını azaltmaqdır”

Rəşad Nəbiyev: “Məqsədimiz taksi gedişlərinin sayını azaltmaqdır”
2023-06-12 , 15:55

“İlkin mərhələdə bizim məqsədimiz taksilərin deyil, taksi gedişlərinin sayını azaltmaqdır”.


Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.”Bu gün taksi gedişlərinin 60 %-i 1,5-3 km ətrafındadır. Bu da o məsafədir ki, ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatdan istifadə etməklə”, – deyə nazir əlavə edib.
Bundan başqa, R.Nəbiyev deyib ki, heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur: “Bu, belə olmalıdırmı? Yox. Bu ilin sonuna qədər qarşıya qoyduğumuz qısa uduşlar var. Burda zolaqların çəkilməsi və onların istismarının təmin edilməsi nəzərdə tutulub. Polis əməkdaşlarımız ictimai nəqliyyatın getdiyi xətlərlə pik saatlarda adi avtomobillərin də getməsini təmin edir. Amma qanunvericiliyə dəyişiklik və sonradan bizim qəbul edəcəyimiz məsələlər imkan verəcək ki, həmin xətlərin haradan çəkilməli olduğunu müəyyən edək”.

Nazir vurğulayıb ki, taksidə qiymətlər birmənalı olaraq qalxacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.