Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Taxtabaşlar“ı gətirib ali məktəblərdə rəhbər vəzifələrə qoyublar” - Sərt açıqlama

“Taxtabaşlar“ı gətirib ali məktəblərdə rəhbər vəzifələrə qoyublar” - Sərt açıqlama

“Taxtabaşlar“ı gətirib ali məktəblərdə rəhbər vəzifələrə qoyublar” - Sərt açıqlama
2023-06-12 , 16:03

Azərbaycan Texniki Universitetinin İctimai fənnlər kafedrasının dosenti, fəlsəfə üzrə elmlər doktoru, professor Qabil Hüseynli ictimai fənlərə olan diqqətsizlikdən gileylənib.

Yenisabah.az xəbər verir ki, aparıcı Kamran Həsənlinin "Pressklub TV"nin qonağı olarkən o deyib:
"Müəllimlik müqəddəs peşədir. Hazırda humanitar, ictimai fənlərə böyük hücum var. Bir yandan deyirlər ki, milli tipli insanlar yetişdirməliyik, yeni tip azərbaycanlıların formalaşmasını həyata keçirməliyik. Amma "taxtabaşlar"ı ali məktəblərdə gətirib rəhbər vəzifələrə qoyublar. Həmin "taxtabaşlar" ictimai fənlərin əhəmiyyəti haqda zərrə qədər təsəvvürə malik deyillər.
Eşitmişəm ki, bir ali məktəbin rəhbəri  ictimai fənn müəllimlərinə deyib ki, axıra qədər sizinlə mübarizə aparacağam. Allah ya sizə verər, ya mənə. Allaha and olsun ki, belədir.
Belə olan halda, cəmiyyətimizi hansı elmi biliklərlə təkmilləşdirə bilərik?! Robot insan hazırlamırıq, düşüncəli, geniş dünyagörüşünə malik olan, hərtərəfli inkişaf etmiş, əqli cəhətdən yüksək keyfiyyətlərə malik olan insan hazırlayırıq. Buna da müxtəlif elmlərlə birgə ictimai fənlər də böyük dəstək verir. Təəssüf ki, bu gün həmin elmlərə diqqət çox zəifdir və zəifləməkdə də davam edir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.