Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış jurnalist hərbi ekspertdən üzr istədi - FOTO

Tanınmış jurnalist hərbi ekspertdən üzr istədi - FOTO

Tanınmış jurnalist hərbi ekspertdən üzr istədi - FOTO
2023-06-12 , 16:12

Binəqədi Rayon Məhkəməsi Ədalət Verdiyevin iddiası əsasında jurnalist Rahib Qəribin (Rahib Mirzəkərim oğlu Qəribov) ötən ilin sentyabrında özünün Feysbuk səhifəsində hərbi ekspertlərlə bağlı etdiyi paylaşıma görə təkzib verməsi və üzr istəməsi haqqında qərar çıxarıb.

Musavat.com xəbər verir ki, hakim Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən iclasda hərbi ekspert Ədalət Verdiyevin iddiası qismən təmin olunub.
Rahib Qərib özünün Feysbuk səhifəsində məhkəmə qərarını yerinə yetirərək üzr istəyib.
Məhkəmə Ədalət Verdiyevin Rahib Qəribdən 5000 manat mənəvi təzminat alınması və YAŞAT Fonduna köçürülməsi tələbini qəbul etməyib.
Ədalət Verdiyev bununla bağlı apellyasiya şikayəti verəcəyini bildirib.
rahib sonnn.PNG (97 KB)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.