Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı - Yerinə təyinat oldu

Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı - Yerinə təyinat oldu

Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı - Yerinə təyinat oldu
2023-06-16 , 17:41

Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub.

 
Yenilik.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
 
Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib. 
 
Nəzərə  çatdıraq ki, sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev  Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.
 
Qeyd edək ki, bu təyinata qədər sözügedən vəzifədə Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğlu Coşqun Əhmədzadə çalışıb.(Unikal)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.