Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Əliyev işdən çıxarıldı

Əli Əliyev işdən çıxarıldı

Əli Əliyev işdən çıxarıldı
2023-06-17 , 12:13

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb.

Bu barədə  QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.
“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”da Ə.Əliyevlə bağlı yazı yayımlanmışdı. Yazıda bildirilirdi ki, Ə.Əliyev uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, onun daima öz merkantil maraqlarını güdüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.