Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış aparıcı: "Onu qurban edirəm içimdəki insanlıq duyğusuna"

Tanınmış aparıcı: "Onu qurban edirəm içimdəki insanlıq duyğusuna"

Tanınmış aparıcı:
2023-06-20 , 16:17

Tanınmış aparıcı Günay Yelmarqızı taksi sürücüsünün hücumuna məruz qalıb.

Yenilik.az xəbər verir ki, bu barədə o, feysbuk hesbaında məlumat yaylıb. Yelmarqızı bildirib ki, sürücü maşını üzərinə sürüb:
““Bolt”la işə gəlirəm. 4 manat gediş haqqı yazıb. ATV-yə çatanda 5 manat verdim. Dedim ki, zəhmət olmasa 4 manat çıxın. Sürücünün xoşuna gəmədi nəsə. Kobudluq etməyə başladı: “Nə qədər çıxmalı idim ki?” Deyirəm, 4 manat yazıb, mən də deyirəm ki, 4 manat çıxın da. Deyir ki, bilirəm də 4  manatdır. Görmürəm? Düzü bu hikkəni anlamadım. Adətən hansısa məblği uzadırıq və deyirik ki, filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım. 
Düşdüm. Sadəcə dedim ki, bu nə danışıq tərzidir? Belə xidmət olmur. Maşının arxasından keçəndə üzərimə sürdü, arxada olduğumu bilə-bilə. Maşını vururam ki, nə edirsiz, arxadan keçirəm. Yenə dayanmır. ATV mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başladı qışqıraraq məni günahkar çıxarmağa. Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmağıdır. Ona görə nömrəsin paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna. Sadəcə bölüşürəm, nümunə olsun başqa sürücülərə. 
Adətən mən ödənişi tam verirəm. Heç vaxt qəpik qalığı almıram. Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.