Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yunan professorlar Qərbi Kaspi Universitetinə səfər edəcək

Yunan professorlar Qərbi Kaspi Universitetinə səfər edəcək

Yunan professorlar Qərbi Kaspi Universitetinə səfər edəcək
2023-06-17 , 17:15

Yunanıstanın Panteion Sosial və Siyasi Elmlər Universitetinin Professoru Evangelia Plemmenou və baş müəllimi, professor Katerina Papameleti Qərbi Kaspi Universitetinə səfər edəcəklər.
19-23 iyun tarixlərini əhatə edəcək səfər çərçivəsində professorlar Qərbi Kaspi Universitetində Filologiya və Tərcümə Məktəbinin müəllimləri ilə görüşlər keçirəcək, tədris və tədqiqatlar mövzusunda müzakirələr aparacaq, eyni zamanda ikitərfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri nəzərdən keçiriləcək.
Qeyd edək ki, Evangelia Plemmoenou İngilis dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsinə (Afinanın Milli və Kapodistrian Universiteti), Tətbiqi Dilçilik üzrə Magistr dərəcəsinə (Edinburq Universiteti) və Psixolinqvistika üzrə PhD dərəcəsinə (Edinburq Universiteti) sahibdir. Onun əsas fəaliyyət istiqamətləri ikinci dilin mənimsənilməsi, xüsusən də böyüklər üçün ingilis dilinin öyrənilməsi və öyrədilməsi strategiyalarıdır.
Digər professor - Katerina Papameleti isə Panteion Sosial və Siyasi Elmlər Universitetinin Beynəlxalq Tədqiqatlar, Kommunikasiya və Mədəniyyət Məktəbində italyan dili üzrə ixtisaslaşmış müəllim heyətinin üzvüdür. O, İtalyan dili üzrə bakalavr dərəcəsini Saloniki Aristotel Universitetində alıb və akademik fəaliyyətini Hellenic Open Universitetində (H.O.U) Təhsil Araşdırmaları üzrə Magistr dərəcəsi ilə davam etdirib. Onun karyerasında diqqətəlayiq nailiyyətlərdən biri beynəlxalq siyasi və sosial terminlərə diqqət yetirməsi və bu təcrübəni nümayiş etdirən İtalyan-Yunan lüğətini yaratmasıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.