Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vətəndaş naziri nərd duelinə çağırdı

Vətəndaş naziri nərd duelinə çağırdı

Vətəndaş naziri nərd duelinə çağırdı
2023-06-21 , 14:16

“Düşünürəm ki, istənilən komandada uğur qazanmaq üçün rəhbərlikdən çox şey asılıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın idmanda kifayət qədər uğurları var:
“Minifutbol yığmamız Avropa çempionatının qalibi oldu. Bütün oyunçular da azərbaycanlılar idi. Digər komanda növlərində də müxtəlif nailiyyətlərimiz var. Böyük futbola gəldikdə isə burada vəziyyət bir qədər fərqlidir. Yəqin ki, biz burada işi düzgün qurmamışıq”.
***
“İnsan Resursları Zirvəsi 2023” tədbirində maraqlı məqam baş verib.
Belə ki, gənclər və idman naziri Fərid Qayıbov vətəndaş tərəfindən nərd duelinə çağırılıb.
Tədbirin iştirakçılarından Vəfadar Babayev moderatora sual ünvanlayıb ki, “feybukda nazir Fərid Qayıbovu nərd duelinə dəvət etmişdim və mənə cavab müsbət gəlmişdi. Bilmək istərdim ki, duel nə vaxt olacaq?”
Nazir isə suala cavabında deyib ki, “niyə də olmasın? Bu duel mütləq olacaq, vaxtını və yerini dəqiqləşdirərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.