Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xoşqədəm məhkəmədə uduzdu - Təzminat ödəyəcək

Xoşqədəm məhkəmədə uduzdu - Təzminat ödəyəcək

Xoşqədəm məhkəmədə uduzdu - Təzminat ödəyəcək
2023-07-25 , 14:30

Aparıcı Xoşqədəm Hidayətqızı efirdə işlətdiyi sözlərə görə müğənni Aysel Əlizadəyə təzminat ödəyəcək.



Yenilik.az Qafqazinfo-ya istinadla bildirir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.


İşin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.


Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.