Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısının nəzarətində olan müəssisənin KÜLLİ MİQDARDA borcu üzə çıxdı - FOTOFAKT

İcra başçısının nəzarətində olan müəssisənin KÜLLİ MİQDARDA borcu üzə çıxdı - FOTOFAKT

İcra başçısının nəzarətində olan müəssisənin KÜLLİ MİQDARDA borcu üzə çıxdı - FOTOFAKT
2023-08-05 , 16:21

Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.
Bu barədə məlumat Azər Allahverdiyev adlı şəxsin Musavat.com-un poçtuna göndərdiyi məktubda öz əksini tapıb.
Bildirilir ki, müəssisənin hazırda dövlətə 160 min manatdan çox (163387.26 AZN) vergi borcu mövcuddur.
"Şəmkir şəhər Heydər Əliyev prospekti, ev 5 ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb. Qeyd edək ki, Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin birbaşa nəzarətindədir" - məlumatda qeyd olunub.
Musavat.com olaraq qeyd edirik ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.