Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Get də, get! Kreslodan qop!” - Samirə Bağırova üsyan etdi

“Get də, get! Kreslodan qop!” - Samirə Bağırova üsyan etdi

“Get də, get! Kreslodan qop!” - Samirə Bağırova üsyan etdi
2024-05-02 , 18:33

Tanınmış psixoloq Samirə Bağırova son çıxışı ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, o, bu dəfə dövlət qurumlarında çalışan bəzi şəxslərdən gileylənib: 
“Elə əsəbiyəm ki... Dövlət strukturlarında çalışan, telefonlara cavab verənlər dəhşətdirlər, istər qocası, istərsə cavanı. Elə bil onları bilərəkdən bir-bir tapıb ora qoyurlar. Sənədə görə məhkəməyə zəng etmişəm, bilmir məsələ nədir, ancaq danışır. Axırda qışqırıram ki, bir mədəniyyətin, dinləmə qabiliyyətin, ədəbin olsun! Səni hansı qoyun ora təyin edib?! Hansı adla gəlib köməkçi qismində telefonlara cavab verirsən?! Bu iş özü ayrıca bir fərasət, bacarıq, qabiliyyət tələb edir. “Jek”ə zəng edirsən, sıfır, poçta zəng edirsən eyni...
Bir dəfə Gəncə poçtuna zəng etmişdim, onda da səs tonumu qaldırmağa məcbur oldum. Qadın imkan vermirdi ki, sualımı verim, ancaq deyirdi ki, “Bizə gəlməyib də, gəlsəydi deyərdik, üstümüzə atmayın”. 
Telefonla danışmaq ayrıca bir fərasətdir. Ulayırsınız, deyirsiniz ki, “iş yoxdur, iş yoxdur”. 
Bu yaxınlarda Sumqayıt Dövlət Universitetinə tələbələrlə görüşə getmişdim, orada da dedim ki, oxuyursunuz, 600 balla universitetə girirsiniz, mədəniyyət, etika, danışıq qabiliyyəti də öyrənin”.
Poçt işçilərindən narazılığını bildirən psixoloq qeyd edib ki, yaşlı insanlar bunu qəbullanıb artıq təqaüdə çıxmalıdır: 
“Dünən bizim poçta getmişdim, kitab göndərəcəkdim, görürəm uzun bir növbədir, işçilər yaşlı qadınlardır, çatdıra bilmirlər, deyirəm ki, köməkçi götürün. Cavab verirlər ki, dövlət mənə 300 manat verir, yox bir, köməkçi də götürəcəyəm? Onda pensiyaya gedin! Artıq yaşlısan, nə qədər etsən də o enerji səndə olmayacaq. Yaşlılığı qəbul etmək lazımdır. Nə dövləti, nə maaşı bəyənmirsən, özün də deyirsən ki, yaşlıyam, tərpənə bilmirəm. 
Deyirəm ki, mənə kitablar gəlməlidir. Gedib yavaş-yavaş baxıb deyir ki, hə, gəlib, amma qaldıra bilmərəm, ağırdır, 5 kiloqramdır, ay qız filankəsi çağır, gəlsin qaldırsın. 
Get də, get! Bu stuldan, kreslodan qop!  Başa düş ki, 20-21 yaşlı cavan insanları daha tez yola salacaq”.
 
Həmin görüntüləri təqdim edirik: 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.