Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir
2024-05-02 , 18:01

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir.

Qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.
Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar./Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.