Yenilik.Az
www.Yenilik.Az » İdman » AFFA Qurban Qurbanovu CƏZALANDIRDI

AFFA Qurban Qurbanovu CƏZALANDIRDI

AFFA Qurban Qurbanovu CƏZALANDIRDI
2023-09-27 , 16:28

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 
Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Sumqayıt” – “Turan Tovuz” görüşünün 90+3-cü dəqiqəsində dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);
 
“Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
 
“Sabah” – “Kəpəz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
 
“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);
 
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
 
“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Rasim Ramaldanov meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, “Qəbələ” klubu 1000 manat cərimə edilir (maddə 44.5);
 
“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qarabağ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
 
“Qəbələ” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 42.4);
 
“Qəbələ” – “Qarabağ” oyununun 88-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.