Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Oğlu Ağakərimin səhhətindən danışdı

Oğlu Ağakərimin səhhətindən danışdı

Oğlu Ağakərimin səhhətindən danışdı
2024-05-02 , 18:17

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. 


Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə” verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. 

"Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayyətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər həkim varsa, hansı ki özünə əmindir ki, onu 1-5-10 ilə ayağa qaldıraram, mənimlə əlaqə saxlasın" deyə, o, bildirib. 

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.