Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Kərim yemək yeyə bilmir” - Ağamirzə

“Kərim yemək yeyə bilmir” - Ağamirzə

“Kərim yemək yeyə bilmir” - Ağamirzə
2023-06-06 , 16:46

“Kərimi nə itirən var, nə axtaran. Dost deyilənlər də yalan imiş. Bircə jurnalistlər halını xəbər alır. Sağ olun ki, unutmursuz, axtarırsınız”.

 Bu sözləri Lent.az-a onun dostu, meyxanaçı Ağamirzə səsləndirib.
“Yay gəlib. Daim yataqda olan adamın halı necə olar? Allah ona kömək olsun. İştahı zəifləyib. Bəlkə də istidəndir. Çarəsiz dərddir, sağalmağa ümid yoxdur. Ətrafdakıları da tanımır. Hərdən deyirəm, şüuru qarışmasaydı, bu zülmə dözməzdi. Öz çəkdiyi əziyyətlərdən xəbəri yoxdur”
Xatırladaq ki, meyxanaçı Kərim iki dəfə insult keçirib. İlk dəfə 2017-ci ildə beyninə qan sızan Kərim, 2021-ci ildə keçirdiyi ikinci insultla yataq xəstəsinə çevrilib, danışıq və hərəkət qabiliyyətini itirib.
O eyni zamanda yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.