Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ağakərimdən danışan Ağamirzədən meyxanaçılara SƏRT İSMARIŞ: "95 %-i yalandır" - VİDEO

Ağakərimdən danışan Ağamirzədən meyxanaçılara SƏRT İSMARIŞ: "95 %-i yalandır" - VİDEO

Ağakərimdən danışan Ağamirzədən meyxanaçılara SƏRT İSMARIŞ:
2023-12-26 , 16:40

"Dostlar demə, ürəyim ağrıyır. Çıxıb orada-burada danışırlar ki, belə getdik, elə gəldik, belə xəbər tutduq... Bunun 95 faizi yalandır. 4-5 uşaq var, xəbər tuturlar, yanına gəlirlər".

BAKU.WS xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə xəstə həmkarı Ağakərim barədə danışarkən deyib.
"Xəzər axşamı" proqramına qonaq olan meyxanaçı bəzi həmkarlarının özünü Ağakərimi ziyarət edirmiş kimi göstərmələrindən danışıb.
O həmin insanların yalan danışmasından şikayətlənib.
Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və uzun müddətdir ki yataq xəstəsidir.
Ətraflı videoda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.