Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kinli rəqqası studiyada müğənni ilə söz davasına çıxdı - Video

Kinli rəqqası studiyada müğənni ilə söz davasına çıxdı - Video

Kinli rəqqası studiyada müğənni ilə söz davasına çıxdı - Video
2024-05-02 , 18:22

Müğənni Nərmin Kərimbəyova və rəqqasə Aygün Babayeva arasında mübahisə düşüb.

Yenilik.az olay-a istinadla xəbər verir ki, gərginlik onlar “İncə səhər” verilişində qonaq olarkən yaşanıb. Buna səbəb Aygünün illər öncə olmuş hadisəni yenidən gündəmə gətirməsi olub. Kinli olduğunu deyən Aygün Nərminə bir neçə il əvvəl “Pagvis” səhifəsində onun ünvanına yazdığı şərhi xatırladıb. 
Nərmin isə həmin şərhi xatırlamadığını deyib və onu yazdığına görə Aygündən üzr istəyib. Sonra Aygün açıqlayıb ki, özü də Nərminin videolarına neqativ fikirlər yazıb.
A.Babayeva müharibə dönəmində əsgərlərimizə dəstək məqsədilə rəqs videosu çəkmişdi. Bu video isə sosial mediada birmənalı qarşılanmamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.