Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Heç vaxt üzr istəməyəcəyəm" - Fatimə danışdı

"Heç vaxt üzr istəməyəcəyəm" - Fatimə danışdı

2023-07-25 , 15:24

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva və şair Nazilə Səfərli arasındakı məhkəmə prosesi davam edir. Ötən gün Fatimənin şikayəti üzrə işə Apellyasiya Məhkəməsində baxılıb. Nazilənin açıqlamasına görə, sənətçi bu məhkəməni də uduzub. 

Fatimə məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, hələ məhkəmə sonlanmayıb. Rəqqasə qeyd edib ki, Ali Məhkəməyə müraciət edəcək:
"Hələ son deyil. Əlbəttə, Ali Məhkəməyə verəcəyəm. Görün, sonda kim güləcək. Mən heç vaxt üzr istəməyəcəyəm. Çünki haqlı tərəf mənəm. Bu günə kimi Fatiməni necə tanımısınız? İndiyənə kimi Fatimə tüpürdüyünü yalayıb? Heç vaxt... Mən üzr istəsəm, onda gərək şou-biznesə "əlvida" deyim".
Sənətçi hazırda hava limanında olduğunu, istirahətə yollandığını açıqlayıb.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözləri səbəb olub.
Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. O, canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.