Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazilədən Fatiməyə cavab: "Səni ələ salırlar"

Nazilədən Fatiməyə cavab: "Səni ələ salırlar"

Nazilədən Fatiməyə cavab: 
2023-05-19 , 09:07

Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal yenidə alovlanıb.

Yenilik.az xəbər verir ki, “Səhər mərkəzi” verilişində qonaq olan Rəqqasə Fatimə Fətəliyeva ad çəkmədən şairə Nazilə Səfərlini tanımağa peşman olduğunu bildirib:
"Kaş ki, o insanları tanımazdım. Şou-biznesdə o qədər elələri var ki... Bu gün işim haradadır? Məhkəmədə! Nazilə Səfərlini tanımağıma peşmanam”. 
Şair Nazilə Səfərli isə Fatimə Fətəliyevaya cavab olaraq sosial şəbəkədə bunları yazıb:
"Nazilə Səfərlini tanımağa peşmanam demək əvəzinə, darda qalanda məni vəziyyətdən çıxarana, nə az nə çox 4 dəfə pislik etdiyim, səbrini daşırdığım, öz adımı ona qoymağa çalışdığım insanı məhkəmə həddinə çatdırdığıma peşmanam de, canın qurtarsın. Vəkili neçəyə tutmusan? Kimə danışmısansa, gəlib səni ələ salırlar, yazıq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.