Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 72 yaşlı Ramiz Zeynalov yola salınır, Kamran Əliyev isə...

72 yaşlı Ramiz Zeynalov yola salınır, Kamran Əliyev isə...

72 yaşlı Ramiz Zeynalov yola salınır, Kamran Əliyev isə...
2023-08-06 , 14:06

“Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb. Hər kəsə məlumdur ki, Baş Dövlət Yol Polis İdarəsində qanunsuzluqlar xirtdəyə qədərdir”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
A.Həmidli qeyd edib ki, hər bir vətəndaş bu sahədəki eybəcərliklərin, qanunsuzluqların hər gün şahidi olur: 
“Düşünün bu qurumda hər şeyi pulla həll etmək olur. Texniki baxış, sürücülük vəsiqəsi, dövlət nömrə nişanı almaq və s. - hər bir işin öz “xidmət haqqı” var… Hər gün yüzlərlə sürücülük vəsiqəsi satılır. 
Həyatında heç zaman maşın sürməmiş şəxslər 1200-1400 manat verməklə “prava”ya sahib olurlar.  Maşın nömrələrinin seriyası və rəqəmlərinə görə qiymət dəyişir. 
Məlumata görə Ramiz Zeynalov yerinə müavini Kamran Əliyevi gətirmək istəyir. Kamran Əliyev gələcəyi təqdirdə dəyişən heç nə olmayacaq. Sistem eyni qalacaq. Yeni kadrlara mütləq ehtiyac var. Əminəm ki, yol polisi sistemində bu işi qaldıracaq yetərincə kadr var”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.