Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlum övladının vəfatından xəbərsizdir"

Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlum övladının vəfatından xəbərsizdir"

Nəvəsi qəzada həlak olan Cığatel danışdı:
2023-08-08 , 11:24

Ötən gün oğlu ilə nəvəsi avtomobil qəzasına düşən şair Cığatel İsaqızı yaşadığı faciədən sonra ilk dəfə açıqlama verib.

Yenilik.az "Baku TV"yə istinadən xəbər verir ki, şairə oğlu Ayazın övladlarını gəzməyə apardığını, lakin yolda ağır avtomobil qəzası keçirdiyini bildirib:
“Oğlum Ayaz 10 yaşlı övladı Qasımov Süleymanın vəfatından xəbərsizdir. Özü hələ komadadadır. Biz hadisənin təfərrüratını bilmirik. Sadəcə, xəstəxanadan zəng vurub bizə qəza olduğunu dedilər. Mən soruşdum ki, Süleyman necədir? Hamı bu suala cavab verməkdən qaçdı. Nəvəm Cığatel dedi ki, atamın səsini eşitdim. Amma Süleymandan xəbər yoxdur. Nəvəm yerindəcə keçinib”.
Qeyd edək ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.