Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”

Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”

Rəşid Mahmudov: “Toylara borc götürüb gedirəm”
2023-08-14 , 17:56

“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”. 


Yenilik.az xəbər verir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib.
 

Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:
“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, – deyə R.Mahmudov gileylənib.

Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqlar üçün də xaricə axın edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.