Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO

“Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO

“Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO
2023-08-16 , 14:24

Şairə və qiraətçi Nazilə Səfərli dəhşətli qəza keçirən "Nikosayağı" adı ilə məşhurlaşan bloger Nicat Şakirli ilə bağlı paylaşım edib. 
 
Yenilik.az bizim.media-ya istinadən bildriir ki, blogerin oğlu ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Nazilə baş verən hadisədən sarsıntı keçirdiyini yazıb. 
 
"Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb. Allah qəzada ölən, ömrü nakam qalan oğlana da rəhmət eyləsin. İndi onun anası nə çəkir? Kaş deməyimiz gec olsa da kaş heç olmayaydı. Sükan arxasında olanlar içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar. Məhkəməsiz, sorğusuz da Nicat çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə...", - deyə N.Səfərli vurğulayıb. 
 
Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.     

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.