Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ

Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ

Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ
2024-05-03 , 14:37

Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına mənfi təsir edir. Eyni zamanda, Bakıda əhalinin artması da su probleminə təsir göstərən amillərdəndir.


Həmçinin sayğacdankənar istifadə halları, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğu, bağ və həyət evlərində yaşıllıqların içməli su ilə suvarılması da israfçılığa gətirib çıxarır. Bütün bunların qarşısını almaq məqsədilə ölkədə suyun qiymətinin artırılması, yaxud sudan istifadəyə görə müəyyən limitlərin qoyulması kimi addımlar atıla bilərmi?
Mövzu ilə bağlı Metbuat.az-a danışan “Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda sözügedən məsələ gündəmdə deyil:
"Ölkədə suyun qiymətinin artırılması və ya limitin tətbiq edilməsi müzakirə edilmir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.