Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Nikosayağı” ilə Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA

“Nikosayağı” ilə Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA

“Nikosayağı” ilə Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA
2023-08-17 , 14:51

“Niko özünə gəlib. Reanimasiyadadır. İlk soruşduğu Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.

Yenilik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat verib.
O bildirib ki, Nicatın vəziyyəti stabildir:
“İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah Ruslana rəhmət eləsin...”
Xatırladaq ki, bir neçə gün əvvəl “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.