Yenilik.Az
www.Yenilik.Az » Hadisə » ”Nikosayağı”nın həlak olan dostunun evindən görüntülər - VİDEO

”Nikosayağı”nın həlak olan dostunun evindən görüntülər - VİDEO

”Nikosayağı”nın həlak olan dostunun evindən görüntülər - VİDEO
2023-08-16 , 14:21

Ötən gün gecə radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.


Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı" kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
"Nikosayağı"nın törətdiyi qəzada ölən gəncin Gəncədəki evinin qarşısında yas mərasimi təşkil olunub.
Yenilik.az Baku TV-nin hazırladığı videomaterialı təqdim edir:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.