Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Qəzadan sonra Nicatın telefonu və pulqabısı oğurlanıb"

"Qəzadan sonra Nicatın telefonu və pulqabısı oğurlanıb"

2023-08-16 , 14:35

Xəbər verdiyimiz kimi, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli gecə avtomobil qəzası keçirib və ciddi xəsarət alıb.

Yenilik.az xəbər verir ki, bloger Ramal İsayev Nicatın səhhəti ilə bağlı paylaşım edib. O bildirib ki, qəzadan sonra Nicatın əşyaları oğurlanıb:
"Dünən axşam o vəziyyətdə Nicatın telefonları və pulqabı oğurlanıb. Bunu edənlər tapılıb cəzalandırılmalıdır".
Blogerin səhhətindən yazan Ramal "Nicat hələ də reanimasiyadadır. Dostunun öldüyündən xəbəri yoxdur. Həkimlərdən onu soruşub, heç nə deməyiblər" sözlərini əlavə edib. 
Qeyd edək ki, qəza gecə 01:08 radələrində Nərimanov rayonu ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. 37 yaşlı Ruslan Məmmədov adlı şəxs isə qəzada dünyasını dəyişib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.