Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Culfaya prokuror təyin edildi

Culfaya prokuror təyin edildi

Culfaya prokuror təyin edildi
2023-08-21 , 16:57

Culfa rayonuna yeni prokuror təyin olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Afət Kərimli Culfa rayon prokuroru təyin edilib.
Buna qədər o, Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.
Bundan başqa, Baş prokurorun əmri ilə   Kənan Seyidov ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.
Həmçinin, Baş prokurorun digər əmri ilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.