Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər - SİYAHI

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər - SİYAHI

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər - SİYAHI
2023-09-02 , 18:41

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ötən gecə vəzifəsindən azad edilib. Onun vəzifədən getməsi personası ətrafında gedən müzakirələri daha da alovlandırıb.  

Azərbaycandakı biznesini Avropaya transfer edən, qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında sabiq AZAL rəhbərinin də adı yer alır.  O, sərhədsiz “biznes imperiyası” ilə ölkənin ən varlı adamlarının siyahısında ilk yerlərdən birini tutur.
Yenilik.az Yenisabah-a istinadən C.Əsgərov və ailəsinə məxsus mülklərin siyahısını təqdim edir:
  • Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
  • Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
  • Tiflisdə bahalı “Veranda” restoranı;
  • Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
  • Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
  • İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
  • Nabranda 30 ha sahədə villa;
  • Qala qəsəbəsində 265 ha badam bağı;
  • “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
  • Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
  • SOROKA LIMITED (Londonda);
  • Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
  • Londonda 41 milyon dollar aktivləri olan GAZELLI ART HOUSE LIMITED;
  • Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
  • Londonda “C3 – CIII LIMITED” şirkəti
  • Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
  • Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
  • Azərbaycanda “GAZELLİ GROUP”
  • İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
  • İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
  • Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
  • ASC HANDLING LIMITED (Londonda);
  • AS582 LIMITED (Londonda);
  • Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
  • ICLEVERWEB LTD (Londonda);
  • SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
  • Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 milyon dollar);
  • SW ITALIA SRL (illik dövriyyəsi 7 milyon dollar);
  • İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
  • SEDITION LIMITED (London)
Qeyd: Varidat siyahısı internet resurslarından açıq mənbələrdən əldə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.