Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı ləhçəsini təhqir etməyin! — Çingiz Abdullayeva xitab...

Bakı ləhçəsini təhqir etməyin! — Çingiz Abdullayeva xitab...

Bakı ləhçəsini təhqir etməyin! — Çingiz Abdullayeva xitab...
2023-09-08 , 15:58

Çingiz Abdullayevin cəmiyyəti Azərbaycanı tərk edəcəyi ilə təhdid etməsi məni narahat etmir. O hər yerdə kefi kök, damağı çağ həyat sürəcək. Yolu açıq və Allah köməyi olsun!!!


Amma onun Bakı ləhçəsini təhqir etməsinə dözə bilmərəm. Bakı ləhçəsi (qazaxlı dostlarım məndən inciməsinlər. Xüsusilə də Azər Rəşidoğlu Азер Рашидоглу) Azərbaycan ədəbi dilinin əsasını təşkil edən iki ləhçədən biridir. Ikincisini  deməyəcəyəm. Azər məni "xalq düşməni" elan edər.Cənab Abdullayev isə deyir ki, kimlərsə onu Bakı ləhçəsində danışdığı üçün günahlandırır, az qala ölkədən didərgin düşməyə məcbur edir...

Ağ yalandır! Bakı ləhçəsinə təhqirdir! O bizi öz "ayıbsızlığına" inandırmaq istəyir. Lap Məşədi İbad kimi. Cənəb Abdullayev Bakı ləhçəsində danışmır. O, ümumiyyətlə Azərbaycan dilində danışmır. Azərbaycan xalq yazıçısı,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olub, Azərbaycan dilini bilməmək özü bir ayıbdır. Nə etmək olar?! Belələri də var və gələcəkdə də yəqin ki, olacaq. Həm də deyirlər ki, hər gözəlin bir ayıbı var. Bu ayıbı ona keçirəm. Amma buna görə Bakı ləhçəsini günahlandırıb təhqir etməsi, mən deyərdim ki, bağışlanmaz və dözülməsi qeyri-mümkün günahdır...

Necə deyərlər, "getmək istəyirsən, bəhanəsiz get"...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.