Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ermənilərə məxsus kvadrokopter ələ keçirildi - Foto

Ermənilərə məxsus kvadrokopter ələ keçirildi - Foto

Ermənilərə məxsus kvadrokopter ələ keçirildi - Foto
2023-09-16 , 16:54

Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.