Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı gündəmə çevrilən açıqlamasından danışdı

İcra başçısı gündəmə çevrilən açıqlamasından danışdı

İcra başçısı gündəmə çevrilən açıqlamasından danışdı
2023-09-17 , 15:23

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adıçəkilən rayonda çökən körpü ilə bağlı jurnalistin sualına cavabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, yayılan görüntülərdə media nümayəndəsinin “hazırda vəziyyət necədir” sualına İcrası başçısı “Allah cənab Prezidenti qorusun, görürsünüz  də  hər şey yerindədir” deyə cavab verib. 

Elnur Rzayevin bu açıqlaması ilə uçmuş körpünün görüntülərin  birləşdirildiyi videodan sonra icra  başçısı tənqid edilib. Elnur Rzayevin özü isə Gununsesi.info-ya açıqlamasında olay haqında danışıb:
 “Birincisi, həmin jurnalist məndən müsahibə almırdı. Görüntülərdə də bu aydın bilinir. Onunla avtomobilimə qədər qeyri-rəsmi söhbət etdik. Bildirdim ki, 50 ilin körpüsüdür. Hazırda orada işləyən texnikanı göstərib, “Allah cənab Prezidenti qorusun, görürsünüz  də hər şey yerindədir” dedim. Söhbət hadisədən sonra dərhal görülən işlərdən gedirdi”.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.