Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elnur Eyvazov vəzifəsindən ayrıldı

Elnur Eyvazov vəzifəsindən ayrıldı

Elnur Eyvazov vəzifəsindən ayrıldı
2023-09-25 , 14:15

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.


Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.