Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid olduğu deyilən zabitin ailəsi DANIŞDI: “Şükür, salamatdır” - VİDEO

Şəhid olduğu deyilən zabitin ailəsi DANIŞDI: “Şükür, salamatdır” - VİDEO

Şəhid olduğu deyilən zabitin ailəsi DANIŞDI: “Şükür, salamatdır” - VİDEO
2023-09-26 , 16:15

ATV-də yeni efirə başlayan “Xəbəriniz olsun” layihəsində maraqlı sujet yayımlanıb. 

 
Bir neçə gündür şəhid olduğu deyilən Xüsusi Təyinatlı Qüvvələrin zabiti baş leytenant 28 yaşlı Rəsul Ağayevin sağ olduğu xəbəri alınandan sonra “Xəbəriniz olsun” kollektivi zabitin evində qonaq olub.
 
Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Ağayevlər ailəsi, ilk öncə Rəsulun şəhid xəbərini alır. Lakin 3 gün sonra gələn möcüzəvi xəbər onları sevindirir.
 
Rəsulun sağ olduğu xəbərini alan ailəsi sevinclərinin həddi-hüdudunun olmadığını bildirib.
 
Qeyd edək ki, hazırda Rəsul Ağayev hərbi hospitalda müalicə olunur. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.