Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “At əti yemək dində qadağan olunmayıb” – Elşad Miri 

“At əti yemək dində qadağan olunmayıb” – Elşad Miri 

“At əti yemək dində qadağan olunmayıb” – Elşad Miri 
2023-10-02 , 18:04

İslam dinində mübahisəli mövzulardan biri də at ətinin halal və ya haram olub-olmaması məsələsidir. Bəzi dini mənbələrin bildirdiklərinə görə, at əti yemək günahdır.


İlahiyyatçı Elşad Miri isə Bizim.Media-ya açıqlamasında bildirib ki, dində elə bir qadağa yoxdur:

“İslamda əti yeyilməsi qadağan olunan yeganə heyvanın donuz olduğunu bilirik. Bundan başqa, digər heyvanlarla bağlı haram və ya halal söhbəti yoxdur. Məsələn, kimsə timsah əti yesə, deyə bilmərik ki, haramdır. Bundan başqa, Skandinaviya ölkələrində elə bölgələr var ki, orda ancaq maral əti yeyirlər. Heç kim deyə bilməz ki, maral əti haramdır. 

Ona görə də hər yerə görə bir qida faktoru var. Bəzi qidaların guya Peyğəmbər tərəfindən halal-haram adlandırıldığı iddia olunur.

Halbuki Qurani-Kərimdə 16-cı surənin 116-cı ayəsində deyilir ki, bilib-bilmədən “o halaldır, bu haramdır” deməyin. Digər anlayış isə ondan ibarətdir ki, Peyğəmbər bir bölgədə olarkən eşşəyin yeyilməsini qadağan edir. Çünki orada faktiki olaraq daşıma, nəqliyyat, yeni logistika eşşəklə həyata keçirilirdi. Bu da onların tükənməsinin qarşısını almaq üçün olan bir məsələdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.