“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü başlayır. Yeni mövsümdə 9 region və 7 universiteti təmsil edən 19 komanda “Bilik” kuboku uğrunda mübarizə aparacaq. Yarışı hər həftənin bazar günü saat 17:00-da İctimai Televiziyada izləmək mümkündür.
Qeyd edək ki, elm və təhsilə dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyalarının əsas istiqamətlərindən biridir. Mobil operatorun gerçəkləşdirdiyi digər KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR