“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır
Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verən “Nar” “Təlim Məktəbi” layihəsi çərçivəsində 20 xanıma manikür peşəsi üzrə təlimlər təşkil edib.
Əksər iştirakçılar artıq bu sahə üzrə əmək fəaliyyətinə də başlayıblar. Bu müsbət tendensiyanın cəmiyyətə faydasına diqqət çəkən “Nar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov bildirib ki, əsas məqsəd insanların daim ünsiyyətdə qalmasına dəstək olmaqdır:
“Mobil operator olaraq, əsas məqsədimiz insanların daim ünsiyyətdə qalmalarına dəstək olmaqdır. Bu baxımdan eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstək Korporativ Sosial Məsuliyyət strategiyamızın əsas hissəni təşkil edir. Uzun illərdir ki, Nar bu insanların yeni peşələrə sahib olmaları, yeni biliklərin əldə edilməsi və əlbəttə ki, maliyyə azadlıqlarının təmin edilməsi üçün önəmli addımlar atır. Bu layihələri hər zaman davam etdirmək fikrindəyik”.
“Təlim Məktəbi” “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. Mobil operatorun gerçəkləşdirdiyi digər sosial layihələr barədə ətraflı buradan məlumat əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR