Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qənirə Paşayevanın vəsiyyəti niyə yerinə yetirilmədi?

Qənirə Paşayevanın vəsiyyəti niyə yerinə yetirilmədi?

Qənirə Paşayevanın vəsiyyəti niyə yerinə yetirilmədi?
2023-10-21 , 16:42

Xəbər verdiyimiz kimi, Qənirə Paşayeva bir neçə il əvvəl orqanlarını bağışlamaq barədə qərar vermişdi.

Kulis.az xəbər verir ki, ölümündən sonra isə ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb.
O bildirib ki, Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür: "Orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.