Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli: “azParking”in cərimələri müəyyən etməyə ixtiyarı yoxdur”

Tahir Kərimli: “azParking”in cərimələri müəyyən etməyə ixtiyarı yoxdur”

Tahir Kərimli: “azParking”in cərimələri müəyyən etməyə ixtiyarı yoxdur”
2023-10-31 , 15:36

Tahir Kərimli AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) yeni yaratdığı “azParking” mobil tətbiqi barədə narazılıqlara münasibətini bildirib. 

Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, o, AYNA-nın atdığı addımın başadüşlən olduğunu desə də, bəzi məqamlarla razılaşmadığını dilə gətirib:
“Ciddi qayda yaratmaq lazım idi, çünki ayr-ayrı şəxslər sürücülərdən parklama yerlərinə görə pərakəndə şəkildə pul alırdılar. Bu pul necə toplanırdı, hara gedirdi? Toplanan puldan vergi verilirdimi? Heç bir qayda yox idi.
Hazırkı qayda isə buna hesablanıb ki, hər kəs videomüşahidə altında olacaq. Parklanma nəticəsində ödənilən vəsait isə vahid mərkəzə ödəniləcək. Yəni birbaşa nəzarət olacaq. Birincisi, intizam yaranır ki, ayrı-ayrı şəxslər sürücülərdən pul toplamasınlar, ikincisi, vəsaitin hara getdiyi məlum olacaq, qanundankənar mənbələrin olması barədə fikirlər aradan qalxacaq. Doğru addımdır, bir sıra dövlətlərdə də bu qayda tətbiq edilir.
Əlbəttə, “azParking”lə 20 dəqiqə müddətində avtomobili park etmək ödənişsiz, sonrakı dəqiqələr isə ödənişlidir. Onsuz da kim avtomobilini müxtəlif ərazilərdə park edirdisə, hər dəfə ayrı-ayrı adamlar ondan pul tuturdu. Yeni qayda isə maliyyə intizamı və nəzarət yaradır. Yaxşı haldır, etiraz etmirəm”.
Deputat sürüclərə cərimələri “azParking”in yazılmasının qanunda boşluqlarla izahına belə cavab verib: 
"Parklanma zamanı “azParking” aktiv olmayanda sürücülər cərimə olunurlar. Düşünürəm, bu məsələ vahid müşahidə sistemi ilə mərkəzdən idarə olunur. Yəqin ki, cərimələr Dövlət Yol Polisi tərəfindən tətbiq ediləcək. Əgər cərimələri, doğrudan da, “azParking” özü müəyyən edirsə, buna ixtiyarı yoxdur. Bu məlumatlar özünü doğrultsa, düzgün qayda deyil və hansısa sui-istifadə halı deməkdir. Onsuz da varlı olmayan sürüclərin əməkhaqları azdır. Cərimə isə sürücülərin daha çox ödəniş etmələrinə səbəb ola bilər. Mərkəzlə dəqiqləşdirərik, əgər doğrudan da qanunvericilikdə dəyişiklik etməyə ehtiyac varsa, zərurət yaranır ki, məsələni qaldırıb aidiyyəti şəxslərlə Milli Məclis səviyyəsində müzakirə edək”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.