Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 28 oktyabr 2023-cü il tarixində Mediator Klubunun sayca 7-ci olan ənənəvi görüşü keçirilib.

28 oktyabr 2023-cü il tarixində Mediator Klubunun sayca 7-ci olan ənənəvi görüşü keçirilib.

28 oktyabr 2023-cü il tarixində Mediator Klubunun sayca 7-ci olan ənənəvi görüşü keçirilib.
2023-10-30 , 16:49

Bu dəfəki görüş Bakı 2 saylı  mediasiya təşkilatının ev sahibliyi ilə həyata keçirilib. 


Mediasiya Şurasının başladığı ənənənin davamı olaraq Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənovanın təşəbbüsü ilə təşkil olunan görüş təşkilata üzv olan mediatorları bir araya gətirib. Sayca 7-ci mediator klubunun bu dəfəki fəxri qonaqları hüquq müdafiəçiləri Novella Cəfərova, Səadət Bənənyarlı və Səidə Qocamanlı olmuşdur. Korporativ işgüzar münasibətlər çərçivəsində təşkil edilən görüşdə mediasiyada effektiv təmsilçilik, işlərin barışıq sazişi ilə yekunlaşdırılması üçün mövcud maneələr və bu maneələrin həlli istiqamətləri müzakirə olunub. Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edərək, mediatorları maraqlandıran sualları cavablandırıb və qarşıda duran hədəfləri müzakirə edib.

Mediator Klubu çərçivəsində keçirilən görüşlərin ənənəvi olaraq davamlı şəkildə keçirilməsi planlaşdırılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.