Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan XİN Nepala başsağlığı verdi

Azərbaycan XİN Nepala başsağlığı verdi

Azərbaycan XİN Nepala başsağlığı verdi
2023-11-04 , 15:09

Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.

 
Yenilik.az-ın xəbərinə görə, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
 
"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.
 
Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.
 
Qeyd edək ki, ötən gecə Nepalda 6 maqnitudalı zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.