Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dövlət Bayrağı haqqında yeni standart qəbul edildi

Dövlət Bayrağı haqqında yeni standart qəbul edildi

Dövlət Bayrağı haqqında yeni standart qəbul edildi
2023-11-06 , 15:29

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Qeyd olunub ki, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir.
Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.