Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qaz sayğacları ilə bağlı yenilik: Bundan sonra...

Qaz sayğacları ilə bağlı yenilik: Bundan sonra...

Qaz sayğacları ilə bağlı yenilik: Bundan sonra...
2023-08-03 , 16:43

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin sayğacların yoxlanılması laboratoriyası bundan sonra Metrologiya İnstitutunun nəzarətində olacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu dəyişikliklə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu  ilə SOCAR dövlət neft şirkətinin “Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
Bu müqavilənin əsas məqsədi sayğacların yoxlanılmasının təchizatçı şirkət tərəfindən deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini təmin etməkdir. Laboratoriyanın vəzifələrinə həm məişət, həm də sənaye ölçmə vasitələrinin yoxlanılması, habelə onların metroloji tələblərə (xəta standartlarına) uyğunluğunun müəyyən edilməsi və təsdiqlənməsi daxildir. Bundan əlavə, laboratoriya sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsinə cavabdeh olacaq. Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri ona tapşırılıb.  
Dəyişiklik daha etibarlı nəticələr əldə edəcək, prosesləri optimallaşdıracaq və səmərəliliyi artıracaq, nəticədə ev istehlakçılarının və biznesin hüquq və maraqlarını qoruyacaq.
Müqavilə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.