Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Sənin kimi arvadı heç kim saxlamaz” - Rəşid Mahmudov əsəbiləşdi

“Sənin kimi arvadı heç kim saxlamaz” - Rəşid Mahmudov əsəbiləşdi

“Sənin kimi arvadı heç kim saxlamaz” - Rəşid Mahmudov əsəbiləşdi
2023-11-14 , 17:28

Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov efirdə studiyaya şikayət üçün gələn qadınla qalmaqal yaşayıb.

Yenisabah.az xəbər verir ki, hadisə “Səni Axtarıram” proqramında baş verib.
Belə ki, uşağını görə bilməyən ana verilişə gələrək şikayət edib. Onun səsini yüksəltməsi isə Rəşid Mahmudovu özündən çıxarıb:
“Bura sənin üçün bazar deyil! Otur yerində! Ayıb deyilmi?! Bura sənin üçün nədir?! Sənin kimi arvadı heç kim saxlamaz. Ayıbdır! Gəlib burada nə at oynadırsan?! Hökumət var, qanun var, uşağını sənə göstərmədikləri üçün şikayət etmisənmi? Efir mədəniyyət yeridir, mədəniyyətini göstər, insan kimi uşağını tələb et.  Hər şey qanunla həll edilməlidir, sənsə qışqırırsan, az qalırsan mənim üstümə gələsən. Uşaq qanunla sənindir. Bəli, amma 10 ildir uşağını tərk edib gedən ana yaxşı ana deyil. Biz də bunu deyirik, səni söymürük”.
Sözügedən kadrları təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.