Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Türklərin 18+ seriallarına qızları ilə baxır, onlardan tərbiyə götürürlər” – Sərt açıqlama

“Türklərin 18+ seriallarına qızları ilə baxır, onlardan tərbiyə götürürlər” – Sərt açıqlama

“Türklərin 18+ seriallarına qızları ilə baxır, onlardan tərbiyə götürürlər” – Sərt açıqlama
2023-11-14 , 17:50

Gündəlik həyatımızın böyük bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də səhifələrdəki paylaşımlara söyüş və təhqiramiz fikirlər yazanlar çox olur. Xüsusən də yerli verilişlərdən kadrlar paylaşılaraq tez-tez qınaq atəşinə tutulur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış teleaparıcı Amil Xəlil bildirib ki, yerli telekanallarda yayımlanan verilişləri tənqid edənlər xarici kanallarda yayımlanan eyni tipdə olan layihələri normal qəbul edərək izləyirlər:
“Sosial şəbəkələrdə yerli verilişlərə, ona-buna tənqid, hətta təhqir yazanlar özləri evlərində oturub rusların, türklərin 18+ seriallarına qızları ilə baxırlar, qızları onlardan tərbiyə götürür.
Bu gün elə məktəblər var ki, 30 mühafizəçisi var, 30-u da 22-24 yaşlarında idmançı oğlanlardır. Şərh yazan valideynlər gedib o məktəblərdən yapışsın ki, mənim 13-15 yaşlı qızım burada oxuyur, onun oxuduğu yerə belə görkəmli, yaraşıqlı oğlanları niyə qoymusunuz? Həmin mühafizəçilərdən biri özü etiraf edir ki, gündə bir qızla danışıram, qızlar dəhşətdir…
Bir dəfə efirdə də bu haqda danışdım və mübahisə düşdü. Hansı məktəb olduğunu deməyəcəyəm, ad çəkmək istəmirəm, bilən bilir.
Gedib belə şeylərlə maraqlansınlar, rüşvətxorlarla məşğul olsunlar.
Mən özüm ölüm işlərini araşdırırıam, o gün akademiyadan bir nəfər deyib ki, Amil məgər müstəntiq zaddır? Həmin şəxs demir ki, sağ olsun Amil, bir jurnalist olaraq gedib məsələni araşdırır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.