Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda ayını xərəkdə həkimə çatdırdılar - VİDEO

Azərbaycanda ayını xərəkdə həkimə çatdırdılar - VİDEO

Azərbaycanda ayını xərəkdə həkimə çatdırdılar - VİDEO
2023-11-17 , 15:59

Bəzi sosial şəbəkələrdə Azərbaycanda ayıların veterinar klinikasına aparılması ilə bağlı görüntülər yayılıb. 

Videoda Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ayını xərəkdə daşıdığı görünür. 
Hadisə ilə əlaqədar BAKU.WS-in əməkdaşı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb. 
Qurumun mətbuat katibi İradə İbrahimova bildirdi ki, sözügedən videonun bir neçə gün əvvəl, Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların peyvəndlənməsi zamanı çəkilib. 
Belə ki, GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində mütəxəssislər Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların müayinə, müalicə və peyvəndlənməsi həyata keçirib.
Həmçinin “Four Paws” təşkilatının nümayəndələri Altıağac Milli Parkında yerləşən vəhşi təbiətin reabilitasiya mərkəzində 7-9 noyabr tarixlərində Azərbaycan Aqrar Universitetindən tələbə və müəllimləri, o cümlədən Bakı Zooparkının həkimləri üçün təlim keçib.
Baytarlıq təbabəti fakültəsi tələbələri və müəllimləri vəhşi heyvanlar üzərində aparılacaq müayinə, diaqnostika, müalicə və əməliyyatları görmək və bu təcrübədən yararlanmaq üçün fürsət əldə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.