Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » MEDİA: Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı xəbər YALANDIR

MEDİA: Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı xəbər YALANDIR

MEDİA: Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı xəbər YALANDIR
2023-12-05 , 23:33

"Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır".

Musavat.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
“Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, - açıqlamada deyilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.