Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zəlzələ “Xuruşşovka”lara necə təsir edir? - “Vəfatından 59 il keçib, hələ də o kişinin adı ilə bağlı olan binalarda yaşayırıq”

Zəlzələ “Xuruşşovka”lara necə təsir edir? - “Vəfatından 59 il keçib, hələ də o kişinin adı ilə bağlı olan binalarda yaşayırıq”

Zəlzələ “Xuruşşovka”lara necə təsir edir? - “Vəfatından 59 il keçib, hələ də o kişinin adı ilə bağlı olan binalarda yaşayırıq”
2023-12-07 , 13:19

“Zəlzələnin gücü 7,5-8 baldan yuxarı deyilsə, lakin təlafatlar varsa, qatil zəlzələ deyil, məlumatsız insanlardır. Nə üçün Yaponiya, Kamçatka, İtaliya Çili, Uruqvayda son illərdə başverən daha şiddətli zəlzələlərdə insan tələfatı olmur, amma İranda, Türkiyədə, Suriyada olur? Bunun cavabı sadədir - insan məsuliyyətsizliyi. İstismar müddəti bitmiş bina ilə qəzalı binanı ayırmaq lazımdır. Hərçənd ki hər ikisi zəlzələ oldu-olmadı təhlükəlidir, lakin qəzalı binalar daha da təhlükəlidir. Bu məsələləri taleyin hökmünə, şansa buraxmaq olmaz. Sözügedən binalar bu gün 5,6 bal gücündə zəlzələdə aşmadısa, o demək deyil ki, əvvəlki kimi orada yenə yaşamaq olar. Bu binalar hər hansısa şəkildə təxliyə edilməlidir - ya sakinlər başqa ərazilərə köçürülməklə, ya da ərazidə yeni bina tikib sakinləri yerləşdirməklə...”

 
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert, “Opera Group” MMC-nin direktoru Firdovsi Xəlilov deyib.

Ekspert bildirib ki, Nikita Xuruşşov zamanı istismara verilən və "Xuruşşovka" adlanan binalar təyinatında 30-40 il istismar müddəti olan müvəqqəti “barak”lardır: “Kişinin vəfatından 59 il keçib, biz hələ də bu binalarda yaşayırıq. Bir həll yolu da belə ola bilər - həmin binaların təxliyyəsi ilə əlaqəli dövlət proqramı olsun, sahibkarlar proqrama cəlb edilsinlər. Doğrudur, hazırda pilot layihələr var, amma bir də baxırsınız ki, Yasamalda hansısa sakin 2 otaq “Xuruşşovka”sı üçün ağılasığmaz məbləğlər tələb edir, məsələn, 500-600 min manat. Bu məsələ dövlət vasitəsilə tənzimlənərsə, yaxud qəzalı və istismarı bitən binalarla əlaqəli nizamlayıcı qanun qəbul edilərsə, onda proses daha da sürətlənə bilər. Biz zəlzələnin tikililərlə əlaqəsi barədə danışarkən, nədənsə ancaq çoxmərtəbəli binalar barədə danışırıq. Xoy və Maraş zəlzələsi bizə əyani şəkildə sübut etdi ki, keyfiyyətsiz tikilən "həyət evləri" əsla zəlzələ zamanı təhlükəsiz deyil. Çoxmərtəbəli binalar tikilən zaman dövlət qurumlarının çox ciddi nəzarəti mövcuddur. Amma fərdi yaşayış evləri üçün eyni şeyi demək olmaz. Bəzən ucuz olsun deyə fundamentində armatur olmayan, ümumiyyətlə, heç fundamenti, kolonları olmayan həyət evlərinə rast gəlirik. Baxırıq ki, saytlarda 30-35 min manata həyət evləri satılır. Bu məbləğə nəinki yer alıb, ev tikib, pul qazanıb satmaq mümkün deyil, heç öz torpağınızda tikmiş olsanız belə, daha çox xərc çəkəcəksiniz. Yaxşı olardı ki, çox şiddətli də olmasa, korrupsiyaya qapı açmadan həyət evlərinin konstruksiyalarına da diqqət ayrılsın...”
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.