Danışığı sükutundan betər deputat - VİDEO

Deputat Arzu Nağıyev AZTV-yə müsahibəsi zamanı Amerika-Azərbaycan münasibətləri barədə bəsit və məntiqsiz açıqlamalar verib. Belə bir ciddi və böyük əhəmiyyətə malik olan mövzunun məişət səviyəsində şərh edilməsi, dövlət siyasətinin AZTV-nin efirində gözdən salınması təəssüf doğurur. Dövlət siyasətinin təbliğatına xələl gətirən, keyfiyyətini aşağı salan bu tip açıqlamalar sadəcə, utancvericidir.
Olsun, kimsə deputatdan ritorikanın ustadı və ya məntiqin zirvəsi olmağı tələb etmir.
Lakin Vaşinqtonla Bakı arasındakı son proseslərin mahiyyətini, mümkün inkişaf məcralarını və proseslərin Azərbaycana nələri vəd edəcəyini bilmədən müdrikcəsinə nələrisə söyləmək də iş deyil.Vallahi və simallahi, ciddiyyət yox, çox qeyri-ciddi təsir bağışlayan bir hadisədir.
Əslində, bir olsa nə var ki - fasiləsiz təkrarlanan reprizlərdir.
OXŞAR XƏBƏRLƏR